|
|
|
|

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
525.az xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurası məlumat yayıb.
Tərəflər Ermənistan-Aİ ikitərəfli gündəliyindəki məsələləri müzakirə edib, münasibətlərin gələcək inkişafına toxunublar.
Görüş zamanı Qriqoryan və Qrono Ermənistanla Azərbaycan arasında sülh prosesini və son hadisələri müzakirə ediblər. Bu kontekstdə Qriqoryan regional əlaqə və infrastrukturun inkişafı sahələrində həyata keçirilən proqramları, eləcə də Ermənistanın sülhün institusionallaşdırılmasına yönəlmiş səylərini təqdim edib.
Pərvanə Sultanova



