
Tanınmış özbək alim, ədəbiyyatşünas, tərcüməçi və Azərbaycan ədəbiyyatının yaxın dostu Babaxan Şərif vəfat edib.
525.az xəbər verir ki, Babaxan Şərif Azərbaycan ədəbiyyatından özbək ədəbiyyatına bir çox əsərləri tərcümə etməklə Azərbaycan-Özbək ədəbi əlaqələrinə töhfələr verib.
Onun yaradıcılığı nəinki Özbəkistanda, həmçinin Azərbaycanda və Türk dünyasında maraqla qarşılanır.
Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində direktor vəzifəsində işləyərkən Babaxan Şəriflə ədəbiyyatımıza dair çoxsaylı layihələr həyata keçirib.
Bunların arasında "XX əsr Azərbaycan ədəbiyyatı antologiyası", Anarın "Göz muncuğu", Elmira Axundovanın "Heydər Əliyev: şəxsiyyət və zaman", Oleq Kuznetsovun "Korabağ Konflikti "Əfsanələri", "Azərbaycan-Özbək", Özbək-Azərbaycan danışıq kitabları, "Azərbaycan-Özbək, Özbək-Azərbaycan lüğəti" və digər nəşrləri qeyd etmək mümkündür.
Bu xidmətləri nəzərə alınmaqla, ona TÜRKSOY-un "Şərəf" və Beynəlxalq "Mahmud Kaşğari" mükafatları verilmiş, Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan, Azərbaycan, Türk dünyası ölkələrindən mükafatlara layiq görülüb.
Babaxan Şərif həmişə türk dünyası arasında qardaşlıq, mədəni, ədəbi əlaqələrin genişləndirilməsi üçün çalışmışdır.
Azərbaycanın haqsız olaraq məruz qaldığı Ermənistan işğalı zamanında o, daim Azərbaycanın haqq işini dəstək göstərmişdir.
O, Azərbaycan-Özbək ədəbi əlaqələrinə öz töhfəsini vermişdir.
Allah rəhmət eləsin!



