|
|
|
|

İtaliyada keçirilən Qış Olimpiya oyunlarında zədələnən ABŞ xizəksürəni Lindsi Vonn əməliyyat olunub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, sol ayağı sınmış idmançının hazırda vəziyyəti normaldır.
Qəza dünən sürətli eniş zamanı yaşanıb. Xizəyi bayrağa ilişən və bu üzdən müvazinətini itirən idmançı zədələnib. O, helikopterlə xəstəxanaya çatdırılıb. Yarış isə 25 dəqiqəlik dayandırılıb.
Qeyd edək ki, Lindsi Vonn 2011-cimildə keçirilmiş olimpiya oyunlarının qalibidir. Bundan başqa o, 2 dəfə olimpiadanın bürünc medalını da qazanıb.
L.Tağıyeva




