|
|
|
|

Cənubi Koreyanın Kyonqqi əyalətində hərbi helikopter qəzaya uğrayıb.
525.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, “AH-1S Cobra” tipli hərbi helikopter Gyeonggidə təcili eniş prosedurları üzrə uçuş təlimi üçün havaya qalxıb. Helikopter paytaxt Seul yaxınlığındakı Qapyeonqda qəzaya uğrayıb.
Təyyarədə olan hər iki şəxs həlak olub. Qəzadan sonra yanğın və ya partlayış baş verməyib.
Səlahiyyətlilər qəzanın dəqiq səbəblərinin araşdırmalardan sonra aydınlaşacağını bildiriblər.
İbrahim Cəfərov



