|
|
|
|

Çinin şimalındakı Şansi əyalətində biotexnologiya şirkətinin emalatxanasında baş verən partlayış nəticəsində ölənlərin sayı 8-ə çatıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən ilkin olaraq 5 nəfərin həyatını itirdiyi bildirilirdi. Bu gün isə daha üç cəsəd tapılıb.
Axtarış-xilasetmə qruplarının işlərini tamamlaması ilə ölənlərin sayı 8-ə çatıb.
Hadisə ilə bağlı araşdırmalar davam edərkən, təhlükəli kimyəvi maddələrin emalı ilə bağlı lisenziyası olmayan şirkətin qanuni nümayəndəsi saxlanılıb.
İbrahim Cəfərov



