|
|
|
|

Hindistanın Haryana əyalətində yarmarkada əyləncəli attraksionun bir hissəsinin qopması nəticəsində faciəvi qəza yaşanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 13 nəfər isə yaralanıb.
Sosial mediada paylaşılan görüntülərdə attraksionun yerə düşməzdən əvvəl fırlanmağa davam etdiyi və insanların panika içində qaçdığı görünür.
NDTV-nin məlumatına görə, yelləncəkdə baş verən qəzada həyatını itirən şəxs polisdir.
Hadisə ilə bağlı araşdırma başlayıb.
İbrahim Cəfərov



