|
|
|
|

“TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsi praktiki inkişaf mərhələsinə qədəm qoyub”.
525.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
O deyib ki, TRIPP artıq həyata keçirilir, bundan sonra heç kim bu layihəyə müdaxilə edə bilməz.
Erməni nazir Rusiyanın layihədə iştirak edib-etməyəcəyi ilə bağlı suala da cavab verib:
“TRIPP ikitərəfli şəkildə, Ermənistan və ABŞ-ın iştirakı ilə həyata keçirilir. Burda iki tərəfi var - ABŞ və Ermənistan".
Pərvanə Sultanova



