|
|
|
|

“Li Çjinin işi tamamilə Çinin Honkonq (Syanqan) Xüsusi İnzibati Rayonunun daxili məsələsidir. Buna görə də bəzi ölkələr məsuliyyətsiz açıqlamalar verməkdən çəkinməlidirlər”.
525.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Li Jian bildirib.
“Biz müvafiq ölkələri Çinin suverenliyinə və Honkonqun hüquq sisteminə hörmət etməyə, məhkəmə prosesləri ilə bağlı məsuliyyətsiz çıxışlar etməkdən, Honkonqun məhkəmə sisteminə və ya Çinin daxili işlərinə hər hansı bir müdaxilədən çəkinməyə çağırırıq”, - diplomat bildirib.
Qeyd edək ki, Honkonq Xüsusi İnzibati Rayonunun Ali Məhkəməsi bölgədə Çin əleyhinə iğtişaşların təşəbbüskarı Li Çjini 20 il həbs cəzasına məhkum edib.
Pərvanə Sultanova



