|
|
|
|

“ABŞ Tehrana qarşı bütün sanksiyaları ləğv edərsə, İran hakimiyyəti uranın zənginləşdirilməsi səviyyəsini 60%-dən endirməyə hazırdır”.
525.az xəbər verir ki, bu barədə İranın vitse-prezidenti Məhəmməd Eslami bildirib.
"Bu məsələ onların bütün sanksiyaları ləğv edib-etməmələrindən asılıdır", - Eslami deyib.
Əlavə edib ki, İran Omandakı danışıqlar zamanı ABŞ ilə zənginləşdirilmiş uranın üçüncü ölkələrə ixracı imkanlarını müzakirə etməyib.
Pərvanə Sultanova



