|
|
|
|

Hindistanda 60 yaşlı qadın naməlum heyvan tərəfindən parçalanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Uttarakhand ştatının Naynital kəndi yaxınlığında baş verib.
Meşəlik əraziyə heyvanları üçün yem toplamağa gedən Qanqa Devi adlı qadın itkin düşüb. Uzun axtarışlardan sonra onun parçalanmış cəsədi kənddən 3 km məsafədə tapılıb. Meyitə baxış keçirilərkən onun üzərində vəhşi heyvanın törədə biləcəyi izlər aşkarlanıb. Amma bu izləri pələngin və ya leopardın etdiyini müəyyənləşdirmək mümkün olmayıb.
Qeyd edək ki, bu, kənd yaxınlığında son 2 ayda 4-cü belə ölüm halıdır. Kənd sakinləri əlaqədar qurumlardan insanların təhlükəsizliyinin təmin olunmasını tələb ediblər.
L.Tağıyeva



