|
|
|
|

Bu gecə Novorossiysk və Anapada 4,7 bal gücündə zəlzələ baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ilk olaraq Novorossiysk meri Andrey Kravçenko sosial şəbəkə hesabında paylaşım edib.
Zəlzələnin episentri Novorossiyskdən 30 km məsafədə, 20 km dərinlikdə yerləşib.
Mer daha sonra yeraltı titrəyişlərin sakinləri həyəcanlandırdığını, şəhər infrastrukturunda hansısa dağıntının olmadığını da qeyd edib.
L.Tağıyeva



