|
|
|
|

Çinin Şandunq əyalətində qızıl mədənində faciə baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, işçiləri daşıyan qəfəs mədən şaxtasına düşüb. Dəhşətli qəzada 7 nəfər həyatını itirib.
İşçilər yeraltı mədən sahəsinə enərkən kəndir qopub və nəticədə onlar təxminən 240 metrdən şaxtanın dibinə düşüblər. Qəzaya səbəb ikiqat təhlükəsizlik sistemi kimi dizayn edilmiş iki kəndirin eyni vaxtda qopması olub.
Qəza ilə bağlı araşdırma başlayıb.
İbrahim Cəfərov



