|
|
|
|

“ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana səfəri ölkə üçün yeni imkanlar açan tarixi bir hadisədir”.
525.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Əldə edilən razılaşmalar, tarixi səfər və Ermənistan üçün açılan imkanlar münasibətilə hər kəsi təbrik edirəm”, - o bildirib.
O əlavə edib ki, xüsusi olaraq nəyisə vurğulamaq istəmir, söhbət Ermənistan Respublikasında ümumi təhlükəsizlik səviyyəsinin artırılması və həyata keçirilən gündəlikdən gedir:
“Yəni bir və ya iki il üçün deyil, onilliklər üçün nəzərdə tutulmuş sülhdən bəhs edirik”.
Pərvanə Sultanova



