|
|
|
|

Ermənistan Parlamentinin sədri Alen Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir.
525.az xəbər verir ki, bu barədə o, jurnalistlərə deyib.
"Bunu siz necə təsəvvür edirsiniz? Bu, Ermənistan-Amerika tərəfdaşlığıdır", - spiker bildirib.
Əlavə edib ki, Ermənistan ərazisindən hərəkət yalnız TRIPP çərçivəsində deyil. Taxıl və ya yanacaq (Azərbaycandan – red.) gətirilir, bu, TRIPP deyil. Spiker TRIPP-in ABŞ ilə sülh prosesinin bir hissəsi olaraq Prezident Trampın sayəsində reallaşdığını vurğulayıb.
O, Rusiyanın TRIPP-ə diqqət yetirməməli olduğunu deyib. Əlavə edib ki, bir çox digər yol var.
Pərvanə Sultanova



