|
|
|
|

İraqın Salah əd-Din əyalətindəki Bayci Neft Emalı Zavodunda partlayış baş vetib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.
İraqın Neft Nazirliyinin hadisə ilə bağlı yaydığı açıqlamada qeyd olunub ki, zavodun ikinci bölməsində kompressor partlayıb, ardınca yanğın baş verib.
Yaralılar müalicə üçün yaxınlıqdakı xəstəxanalara aparılıb.
İbrahim Cəfərov



