|
|
|
|

“Qafqaz regionu İran üçün vacibdir və orada sülh İran üçün sülh deməkdir”.
525.az Mehr agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi mətbuat konfransında deyib.
Bəqayi İran müdafiə nazirinin Bakıya səfərinin və təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrin əhəmiyyətini vurğulayıb.
“Bu səfər vacib idi və İranın qonşu ölkələrlə bütün səviyyələrdə etimad və əməkdaşlığı gücləndirmək əzmini nümayiş etdirir. Qafqaz regionu İran üçün vacibdir və oradakı sülh bizim üçün sülh deməkdir”, - XİN rəsmisi qeyd edib.
Onun sözlərinə görə, müdafiə nazirinin səfəri zamanı ikitərəfli müdafiə və təhlükəsizlik əməkdaşlığı müzakirə olunub: “Biz inanırıq ki, bu səfər təhlükəsizlik sahəsində iki ölkə arasında etimadı yaxşılaşdıracaq və gücləndirəcək”.
Pərvanə Sultanova



