|
|
|
|

Liviyanın cənub-şərqindəki Kufra bölgəsində helikopter qəzası baş verib.
525.az yerli mətbuata istinadən xəbər verir ki, hərbçilərin iştirakı ilə baş verən yol qəzasına yardım etmək üçün havaya qalxan təcili yardım helikopteri hələ dəqiq bilinməyən səbəblərdən Əl-Sərra Hava Bazasına düşüb.
Qəzada 2 pilot, 2 hərbçi və 1 tibb işçisi həyatını itirib.
Küfra Bələdiyyəsinin rəhbəri Məhəmməd Əbdürrəhim Bumerizin helikopter qəzasında həyatını itirənlərə başsağlığı verib.
İsgəndər Həsənov



