|
|
|
|

Bu ilin yanvarında Yerdə son 9 ildə rekord sayda maqnit qasırğası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.
Belə ki, yanvarın 10 günündə maqnit qasırğası baş verib. Ən güclü qasırğa isə 19-21 yanvar aralığında qeydə alınıb.
Fevral ayında isə hələlik 1 belə gün olub. Ümumiyyətlə, institutun məlumatında 2026-cı ilin maqnit qasırğaları ilə zəngin il olacağı da bildirilib.
Qeyd edək ki, Yerdəki maqnit qasırğalarının səbəbi Günəşdə baş verən partlayışlardır.
L.Tağıyeva



