|
|
|
|

Bu gün Kanadakı Britaniya Kolumbiyası əyalətindəki "Tambler-Ric" məktəbində atışma baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.
Naməlum şəxsin törətdiyi insident nəticəsində 9 nəfər həlak olub. 25-ə yaxın insan xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə gələn polis hücum edəni də ölü tapıblar. Güman ki, o, intihar edib.
Qeyd edək ki, qatilin şəxsiyyətini müəyyənləşdirmək mümkün olsa da, hadisənin motivi bəlli deyil.
L.Tağıyeva



