|
|
|
|

Türk Hava Yolları martın 11-dən başlayaraq İrəvana gündəlik uçuşlar həyata keçirəcək.
525.az xəbər verir ki, "Zvartnots" hava limanının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Türk Hava Yolları 14 maydan etibarən həftədə 10-a qədər uçuş planlaşdırır, 15 iyundan etibarən bu rəqəm 14-ə çatdırılacaq.
Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç 2025-ci ilin dekabr ayında uçuşlarla bağlı açıqlama verib və bunu daha bir irəliləyiş adlandırmışdı.
Pərvanə Sultanova



