|
|
|
|

“Ukrayna danışıqlar üçün Moskvaya nümayəndə heyəti göndərə bilər, Kiyev bu ehtimalı nəzərdən keçirir”.
525.az xəbər verir ki, bu barədə "Times of Ukraine" mənbələrə məlumat yayıb.
Qeyd olunur ki, bu ssenari Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən son görüşdə müzakirə olunub.
Vurğulanıb ki, nümayəndə heyətinin təhlükəsizliyinə amerikalı danışıqçılar - ABŞ-ın xüsusi elçisi Stiven Uitkoff və kürəkəni Cared Kuşner zəmanət verəcək. Nəşr onların ukraynalı həmkarları ilə birlikdə Varşavadan Rusiyaya gedə biləcəklərini yazıb.
Pərvanə Sultanova



