|
|
|
|

Yaponiyanın ən yaşlı kişisi Mizuno Kiyotaka 111 yaşında vəfat edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 14 mart 1914-cü ildə anadan olan Mizuno Kiyotaka, Tokio yaxınlığındakı Şizuoka əyalətinin İvata şəhərində dünyasını dəyişib.
Bu barədə İvata meri Kusaçi Hiroaki məlumat verib.
“Mizunonun ölümündən dərin kədər duyuruq. O, uzun müddətdir ki, canlılıq və sağlamlıq simvolu hesab olunurdu”, - deyə mer bildirib.
Müasir Yaponiya tarixində dörd imperatorun - Tayşo, Şova, Heysey və Reyvanın hakimiyyəti dövründə yaşayan Mizuno, ömrünün son illərində oğlu ilə birlikdə Kakesita bölgəsindəki evində yaşayıb.
2024-cü ilin avqust ayında Yaponiyanın "ən yaşlı kişisi" olan Mizuno, uzunömürlülüyünün sirri ilə bağlı suallara "Bilmirəm. Heç vaxt bu qədər yaşayacağımı düşünməmişdim" cavabını verirdi.
İbrahim Cəfərov



