|
|
|
|

Panama sahillərində miqrantları daşıyan qayıq aşaraq batıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Panama Sahil Mühafizəsi məlumat yayıb. Bildirilib ki, Kolumbiyaya doğru gedən qayığın aşması nəticəsində üç nəfər həlak olub. Yaralanan bir nəfər xəstəxanaya çatdırılıb.
Qayıqda olan digər 12 nəfərin taleyi barədə isə məlumat verilməyib.
İbrahim Cəfərov



