|
|
|
|

“Ermənistan və Azərbaycan suveren dövlətlərdir və buna görə də onların ABŞ da daxil olmaqla istənilən ölkə ilə münasibətlər qurmaq hüququ var”.
525.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin səfəri barədə danışarkən deyib.
"Onlar suveren dövlətlərdir və müxtəlif ölkələrlə münasibətlərini qurmaq üçün suveren hüquqları var", - Kremlin sözçüsü vurğulayıb.
Pərvanə Sultanova



