|
|
|
|

Nyu-Yorkda yanvar ayının sonundan etibarən şəhərə təsir edən şiddətli soyuqlar səbəbindən 18 nəfər həyatını itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nyu-York meri Zohran Mamdani bildirib.
Onun sözlərinə görə, artıq 13 gündür temperatur sıfır dərəcədən aşağıdır.
Şəhər meri qeyd edib ki, yanvarın 19-dan ümumilikdə 1400 evsiz insan sığınacaqlara yerləşdirilib.
“İtirilən hər bir həyat faciədir”, - deyə Zohran Mamdani əlavə edib.
İsgəndər Həsənov



