|
|
|
|

“Ermənistan ABŞ-la nüvə enerjisi məhsulları və xidmətləri üçün 9 milyard dollarlıq razılaşma əldə etməklə sınanmamış Amerika texnologiyaları üçün faktiki sınaq meydanına çevrilmək riski daşıyır”.
525.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
O deyib ki, hekayənin özü çox qaranlıqdır. Çünki Vaşinqtonun razılaşmaya əsasən təklif etdiyi reaktorlar yalnız kağız üzərində mövcuddur və İrəvan hər şey üçün “reklam broşuralarında göstəriləndən yüksək” qiymət ödəməli olacaq.
Diplomat bütün hekayənin çox müəmmalı olduğunu vurğulayıb.
Pərvanə Sultanova



