
Dünya əmtəə bazarlarında qızıl qiyməti 5 min dolları ötüb.
525.az xəbər verir ki, Comex birjasında (GC1) qızıl fyuçerslərinin qiyməti 1,98% yüksələrək 5 046,3 dollar/unsiya səviyyəsinə çatıb, qiymət artımı 97,9 dollar təşkil edib.
Spot bazarda (XAU/USD) qızılın qiyməti isə 2,43% artaraq 5 042,04 dollar/unsiyaya yüksəlib.



