|
|
|
|

Nigeriyanın Enuqu ştatında ağır yol qəzası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 11 nəfər ölüb, 27 nəfər isə yaralanıb.
Xəstəxanaya aparılan yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.
Qəza ilə bağlı araşdırma başlayıb.
İbrahim Cəfərov



