|
|
|
|

İsveçrədə qatar qəzası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin cənub-qərbində, Qoppenşteyn yaxınlığında 80 sərnişini daşıyan qatarın relsdən çıxıb.
Region polisi sərnişinlərin təxliyyəsinin davam etdiyini, qəzanın dəqiq səbəbləri və yaralıların sayı ilə bağlı hələlik ətraflı məlumatın olmadığını bildirib.
Federal Dəmir Yollarından (CFF) verilən açıqlamada isə qeyd olunub ki, Qoppenşteyn və Briq arasında qatar hərəkəti bölgədə qar uçqunu səbəbindən fevralın 17-si səhər saat 04:00-a qədər dayandırılıb.
İbrahim Cəfərov



