|
|
|
|

Nijeqorodsk vilayətində şəxsi evlərin birində baş vermiş yanğın 2 uşağın ölümünə səbəb olub.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Lıskovsk dairəsinin Trofimovo kəndində 48 kv.m-lik yaşayış sahəsindəki yanğın az sonra hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən söndürülüb. Axtarış zamanı dağıntılar altında 5 yaşlı qız və 7 yaşlı oğlanın yanmış meyitləri aşkarlanıb.
Qeyd edək ki, faktla bağlı cinayət işi başlanıb, hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
L.Tağıyeva



