|
|
|
|

Braziliyanın San-Paulu ştatında kənd təsərrüfatı işçilərini daşıyan avtobusun iştirakı ilə ağır yol qəzası baş verib
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 6 nəfər hadisə yerində həlak olub.
Yerli polisin məlumatına görə, avtobus Maranyan ştatından Santa-Katarina ştatına alma plantasiyalarında mövsümü yığımla məşğul olmaq üçün işçilər aparırmış. Hadisə yerinə yanğınsöndürən, xilasedici və tibbi yardım briqadaları cəlb olunub. 46 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri ilə xəstəxanalara yerləşdirilib. Aralarında vəziyyəti ağır olanlar var.
Qeyd edək ki, qəzanın arxa təkərinin partlaması və bu üzdən sürücünün idarəetməni itirməsi nəticəsində yaşandığı bildirilir.
L.Tağıyeva



