|
|
|
|

İran və ABŞ nümayəndələri arasında dolayı danışıqların yeni mərhələsi Cenevrədə keçirilir.
525.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Omanın diplomatik nümayəndəliyində keçirilən danışıqlar Tehranın nüvə proqramı və İrana qarşı sanksiyaların ləğvi məsələləri ilə məhdudlaşır.
Məlumata görə, ABŞ tərəfi ilə görüşən İran diplomatları Vaşinqtonun məhdudlaşdırılmasını tələb etdiyi uran zənginləşdirmə proqramını saxlamaqda israr edirlər.
İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir.
Pərvanə Sultanova



