|
|
|
|

“Cenevrədə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar bağlı qapılar arxasında keçiriləcək”.
525.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
O deyib ki, Cenevrədə üçtərəfli danışıqlar davam edəcək və nümayəndə heyəti oradadır: "Təbii ki, müzakirələr bağlı qapılar arxasında keçiriləcək. Düşünmürəm ki, bu gün hər hansı bir xəbər gözləməliyik”.
Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyəti Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar aparmaq üçün Cenevrəyə gəlib. Tərəflər 17-18 fevral tarixlərində çərçivə prinsiplərini razılaşdırmğa çalışacaqlar.
Danışıqların birinci raund 23-24 yanvar tarixlərində, ikinci raund isə 4-5 fevral tarixlərində Əbu-Dabidə baş tutub.
Pərvanə Sultanova



