|
|
|
|

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ABŞ-a səfəri başlayıb.
525.az xəbər verir ki, bu barədə Türkmənistanın rəsmi mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, səfər iki ölkə arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlıq, konstruktiv münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Bu səfər ikitərəfli tərəfdaşlıq tarixində yeni bir səhifə açacaq.
“Türkmənistan və ABŞ arasında əməkdaşlıq xoşməramlılıq və bərabərlik prinsiplərinə əsaslanır. Geniş sahələri əhatə edən səmərəli əlaqələr hazırda yeni inkişaf səviyyəsinə çatır. Dünyaca məşhur Amerika şirkətlərinin ölkədə kənd təsərrüfatı və sənaye sektorlarında həyata keçirilən bir sıra birgə layihələrdə fəal iştirak etməsi diqqətəlayiqdir. ABŞ-ın böyük şirkətləri təsirli iqtisadi potensiala malik və beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi nüfuz qazanmış Türkmənistanda investisiya layihələrində iştirak etməyə böyük maraq göstərirlər. Bu, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar açır”, - açıqlamada vurğulanıb.
Pərvanə Sultanova



