|
|
|
|

ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Özbəkistan lideri Şavkat Mirziyoyev 17-19 fevral tarixlərində Vaşinqtona işgüzar səfərdə olacaq.
525.az xəbər verir ki, Mirziyoyev Sülh Şurasının iclasında iştirak edəcək.
Şuranın ilk Zirvə görüşü ABŞ Sülh İnstitutunda keçiriləcək və Qəzza zolağına yenidənqurma, humanitar yardım, eləcə də regionda sülh və sabitliyin təmin edilməsi məsələləri müzakirə ediləcək.
Səfər çərçivəsində Özbəkistan Prezidenti aparıcı Amerika şirkətlərinin və maliyyə qurumlarının rəhbərlərinin iştirakı ilə strateji layihələrin təqdimatında və ikitərəfli iqtisadi sənədlərin imzalanma mərasimində iştirak edəcək.
Sülh Şurası ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılıb. Özbəkistan bu ilin yanvar ayında İsveçrənin Davos şəhərində təsisçi üzv kimi ona qoşulub.
Pərvanə Sultanova



