https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

"Nyukasl" azarkeşləri Azərbaycan xalqına təşəkkür etdi

"Nyukasl" azarkeşləri Azərbaycan xalqına təşəkkür etdi

İngiltərənin "Nyukasl" klubunun azarkeşləri Azərbaycan xalqına təşəkkür edib.

525.az xəbər verir ki, bununla əlaqədar "Nyukasl"ın azarkeş qrupunun X sosial şəbəkə hesabında paylaşım edilib. Paylaşım UEFA Çempionlar Liqasının "Qarabağ" - "Nyukasl" oyununun (1:6) ertəsi günü - bu gün edilib.

"Son günlər ərzində göstərilən isti qarşılanma və qonaqpərvərliyə görə Bakıya, Azərbaycan xalqına təşəkkür edirik.

Gözəl şəhərdir və imkan düşərsə, hər kəsə mütləq ziyarət etməyi tövsiyə edirik. Bu, indiyədək çıxdığımız ən möhtəşəm səfər oldu". - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, dünən Bakıda keçirilən oyunu 2000-a yaxın ingilis azarkeş stadiondan canlı izləyib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.