https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

Qrizmann da MLS klubuna gedir

Qrizmann da MLS klubuna gedir

"Atletiko"nun hücumçusu Antuan Qrizmann yaxın günlərdə ABŞ-nin "Orlando Siti" klubuna transfer oluna bilər.

525.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında danışıqlar tam sürətlə davam edir və son günlərdə əhəmiyyətli irəliləyiş əldə edilib. "Orlando Siti"nin idman direktoru Rikardo Moreyranın Madridə səfərindən sonra yaxın həftələrdə Qrizmannın kluba qoşulmasını istədiyi bildirilir.

Qeyd edək ki, 34 yaşlı forvard 210 qolla "Atletiko" tarixinin bombardiridir. Bu mövsüm o, bütün yarışlarda 35 oyunda meydana çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib. Antuanın Madrid klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.