https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

Paris-2024-ün medalları yenisi ilə əvəz olunur

Paris-2024-ün medalları yenisi ilə əvəz olunur

Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığı və sonradan aşılanmaya məruz qalan medalların geri qaytarılması ilə bağlı işlərə start verilib.

525.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) məsələ ilə bağlı medalların istehsalçısı olan, LVMH şirkətinin tərkibində fəaliyyət göstərən “Chaumet” zərgərlik evinə müraciət edib. 

Şirkətdən bildirilib ki, sifariş növbəyə alınıb və aşılanmaya məruz qalan medalların dəyişdirilməsi prosesi mərhələli şəkildə həyata keçirilir. 

Hazırda Azərbaycan idmançılarının aşılanmış medallarının dəyişdirilməsi növbəsi çatıb. 

Bu günlərdə Milli Olimpiya Komitəsi medalları Fransaya göndərəcək və onlar yenisi ilə əvəz olunacaq. 

İlk növbədə taekvondoçu Qaşım Maqomedovun və yunan-Roma güləşi üzrə mükafatçı Həsrət Cəfərovun medallarının göndərilməsi təmin ediləcək. 

Məlumata görə, yeni medalların hazırlanma müddəti təxminən 3-5 həftə davam edəcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.