https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

Osimhen qol vurduqdan sonra niyə sevinməyib?

Osimhen qol vurduqdan sonra niyə sevinməyib?

Türkiyənin Qalatasaray klubunun hücumçusu Viktor Osimhen UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Yuventus"la keçirilən iki oyunun yekununa əsasən 1/8 finala yüksəlmələrini şərh edib.

525.az xəbər verir ki, nigeriyalı forvard matçdan sonra UEFA-nın rəsmi saytına açıqlamasında Turində onları çətin atmosferin gözlədiyini əvvəlcədən bildiyini deyib:

“Bilirdim ki, bu axşam hər şey məhz belə olacaq. Bu komandanı və bu stadiondakı atmosferi tanıyıram. Azarkeşlərin həyatımızı kabusa çevirəcəyini bilirdim. Amma bizim azarkeşlərimizə də təşəkkür edirəm. Onların səsini eşidirdik və məyus qayıtmalarını istəmirdik. Bunu etməli idik. Açığı, hələ üzərində işləməli olduğumuz çox məqam var”.

Osimhen matçın əlavə vaxtında vurduğu həlledici qoldan sonra sevinməməsinin səbəbini də izah edib:  "Qoldan sonra sevinmədim. Buna ehtiyac yox idi. Səbəbini izah edim. Birincisi, sevdiyim və karyeramda mühüm rol oynamış Luçano Spallettiyə ("Yuventus"un baş məşqçisi) hörmət edirəm. İkincisi isə 10 nəfərlə qalmış rəqibimizə qarşı pis oynadıq. Mən hisslərini gizlədən futbolçu deyiləm. Bu gün "Yuventus" azarkeşləri komandalarını alqışladılar, çünki daha yaxşı oynadılar. Lakin növbəti mərhələyə yüksəldiyimiz üçün əlbəttə ki, çox xoşbəxtəm”.

Qeyd edək ki, ilk oyunda “Qalatasaray” rəqibini 5:2 hesabı ilə məğlub edib. Cavab görüşündə isə Turin təmsilçisi 3:2 hesablı qələbə qazanıb. Maraqlıdır ki, “Yuventus” iki qolu azlıqda vurub. Buna baxmayaraq, iki oyunun cəminə görə mərhələ adlayan tərəf İstanbul klubu olub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.