https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

“Şamaxı” - “Neftçi”, “Qəbələ” - “Karvan-Yevlax” matçlarında heç-heçə

“Şamaxı” - “Neftçi”, “Qəbələ” - “Karvan-Yevlax” matçlarında heç-heçə

Misli Premyer Liqasında 22-ci tur davam edir. 

525.az xəbər verir ki, ikinci oyun gününə 2 matç nəzərdə tutulub. 

Əvvəlcə “Şamaxı” öz meydanında “Neftçi”ni qəbul edib. Görrüş kifayət qədər dramatik alınıb. Matçda "Neftçi"nin ulduzu Vensan Abubakar dubl edib. Lakin "Şamaxı" son dəqiqələrdə penaltini dəqiq yerinə yetirərək məğlubiyyətdən qurtulub - 2:2. Sözügedən komandalar arasında ilk dövrədə baş tutan qarşılaşmada qalib aşkarlanmayıb - 1:1.

Bugünkü heç-heçə sayəsində “Neftçi” xallarının sayını 31-ə, "Şamaxı" isə 26-ya çatdırıb.

Günün ikinci matçında “Qəbələ” öz meydanında “Karvan-Yevlax”ı sınağa çəkib. Bu komandalar hazırda turnir cədvəlinin son iki pilləsində yer alıblar. “Qəbələ” 15 xalla 11-ci, Yevlax klubu isə 6 xalla 12-cidir. Bu komandaların ilk dövrədəki matçında bərabərlik qeydə alınıb - 1:1. 

28 fevral (şənbə)

17:00. “Qəbələ” - “Karvan-Yevlax” - 1:1

Qollar: İmani Barker, 26 (0:1), Seydina Keyta, 36 (1:1)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov
VAR: Vüqar Həsənli
AVAR: Kamran Bayramov
Qəbələ şəhər stadionu

14:30. “Şamaxı” - “Neftçi” - 2:2

Qollar:  Vensan Abubakar, 60 (0:1), Sezar Enrike, 74 (1:1), Vensan Abubakar, 90+1 (1:2), Kərim Rossi, 90+8-pen (2:2)
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Pərvin Talıbov
Şamaxı şəhər stadionu

1 mart (bazar)

16:30. “Turan Tovuz” - “İmişli”

19:00. “Qarabağ” - “Sabah” 

27 fevral (cümə)

“Kəpəz” - “Sumqayıt” - 3:0

“Araz-Naxçıvan” - “Zirə” - 0:1

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.