|
|
|
|

"Polşa İran ərazisindən AzərbaycanınNaxçıvan Muxtar Respublikasına uçan pilotsuz təyyarə hücumunu qətiyyətlə pisləyir".
525.az xəbər verir ki, bu barədə Polşanın Azərbaycandakı səfirliyinin açıqlamasında deyilir.
"Bu hərəkət Azərbaycanınsuverenliyinin və ərazi bütövlüyünü, eyni zamanda beynəlxalq hüququn kobud şəkildə pozulması, həmçinin regionda gərginliyin artmasına səbəb olur. Biz Azərbaycanın mülki əhalisini və infrastrukturunu təhdid edən bu cür hərəkətləri tamamilə qəbuledilməzhesab edirik", - səfirlik bəyan edib.
Pərvanə Sultanova



