https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

Azərbaycanda ilk dəfə Avropa Kanoe Assosiasiyasının ofisi açılıb

Azərbaycanda ilk dəfə Avropa Kanoe Assosiasiyasının ofisi açılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) "Paddle Europe" (Avropa Kanoe Assosiasiyası - PEU) ilə çoxşaxəli əməkdaşlıq qurub.

525.az-a AKAF-dan verilən məlumata görə, Azərbaycanın strateji coğrafi mövqeyi, inkişafyönümlü fəaliyyətlərə ev sahibliyi etmək imkanları, eləcə də "Paddle Europe" (Avropa Kanoe Assosiasiyası - PEU) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası arasındakı mövcud yüksək əməkdaşlıq imkanları nəzərə alınaraq tərəflər arasında qarşılıqlı əməkdaşlıq haqqında sənəd imzalanıb.

Gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko, Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov imza mərasimində iştirak ediblər. Sənədə əsasən tərəflər Bakıda qurumun ofisini yaratmaqla Şərqi Avropa, eləcə də inkişaf etməkdə olan ölkələrə dəstək və kanoenin inkişafı, həmçinin Sərsəng su anbarında beynəlxalq yarışların, təlim-məşq toplanışlarının təşkili sahəsində əməkdaşlıq edəcəklər.

Həmçinin gələcəkdə regionda təlim imkanlarını artıracaq infrastruktur layihələri nəzərdən keçirilə bilər. Tərəflər Azərbaycanın coğrafi mövqeyini nəzərə alaraq, Avropa və Asiyada kanoe idman icmaları arasında əlaqələrin gücləndirilməsi imkanlarını araşdıracaq. Bu əməkdaşlıq birgə təlimlər, məşqçi və liderlik təhsili, tədbirlərdə iştirak və qarşılıqlı uyğun sahələrin inkişafını əhatə edəcək.

Əməkdaşlığın effektli koordinasiyası və şəffaf qərar qəbulu üçün tərəflər birgə idarəetmə orqanı yaradacaqlar. Bununla əlaqədar olaraq, hər iki tərəfdən bərabər sayda nümayəndədən ibarət Birgə İdarəetmə Qrupunun yaradılması nəzərdə tutulur.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.