https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

"İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson

"İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson

Əfsanəvi boksçu Mayk Tayson (Mike Tyson) müasir boksçuları passiv çıxış etməsina görə tənqid edib.

525.az xəbər verir kj, o, jurnalist Ariel Halvaniyə müsahibədə müasir boksdan ciddi şəkildə narazı olduğunu bildirib:

“Biz indiki nəsildən daha fəal idik. Mənim dövrümdə titul ildə dörd dəfə müdafiə olunurdu. İndi isə bu uşaqlar titullarını iki ildə bir dəfə qoruyurlar. Oleksandr Usik müasir ağır çəkili boksçular arasında kifayət qədər aktivdir. Biz isə sona qədər döyüşən əsl döyüşçülər idik”.

“Dəmir Mayk” həmçinin qeyd edib ki, Usikin onunla və ya Evander Holyfieldlə döyüşdə ciddi problemləri olardı.

Keçmiş dünya çempionunun sözlərinə görə, müasir boksçular azarkeşlər üçün kifayət qədər maraqlı deyil:

“Bilirsiniz, boksçular indi nə haqqında düşünməlidirlər? Bu 60 yaşlı kişinin hələ də rekordlar qırması haqqında. Onlar özlərindən məyus olmalıdırlar. Bu qoca bunu necə bacarır? Çünki onlar tənbəldirlər.

Onlar ildə cəmi bir-iki döyüş keçirirlər. Buna görə də heç kim onları tanımır. Onlara hekayə lazımdır. Azarkeşlər onların karyerasını izləməyi istəməlidir.

Onlar yaxşı pul qazanırlar. Amma bir döyüşdən yaxşı pul qazanırsansa, ildə üç döyüş etsən daha çox qazanc əldə edərsən. Bu, hər cəhətdən sərfəlidir – tez-tez döyüşürsən, formanı qoruyursan və daha çox pul qazanırsan”.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.