https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi

FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi

FİFA 2026-cı il dünya çempionatı öncəsi İran millisinin oyunlarının keçiriləcəyi məkanlarla bağlı yayılan iddialara aydınlıq gətirib.

QOL.az xəbər verir ki, "The Athletic" nəşrinə danışan FİFA rəsmisi İran Futbol Federasiyasının prezidenti Mehdi Tacın oyunların ABŞ-dan Meksikaya köçürülməsi ilə bağlı danışıqlar aparıldığı barədə məlumatına münasibət bildirib. Ali futbol qurumu bütün üzv assosiasiyalarla, o cümlədən İranla daimi təmasda olduqlarını, lakin bütün komandaların 2025-ci il dekabrın 6-da təsdiqlənmiş rəsmi cədvələ uyğun mübarizə aparacağını vurğulayıb. Bu isə o deməkdir ki, hazırda oyunların yerinin dəyişdirilməsi planlaşdırılmır.

Qeyd edək ki, Asiya zonasından vəsiqə qazanan İran seçməsi mundialın G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə mübarizə aparacaq. Mövcud təqvimə əsasən, iranlılar Yeni Zelandiya və Belçika ilə Los-Ancelesdə, Misirlə isə Sietldə qarşılaşmalıdırlar.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.