https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə

“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə

Misli Premyer Liqasında 25-ci tur davam edir.

525.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçirilib.

Əvvəlcə "Kəpəz" "Qarabağ"ı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Bu komandalar arasında 1-ci dövrədəki oyunda "Qarabağ", 2-ci dövrədəki matçında isə "Kəpəz" qələbə qazanmışdı.

Bu məğlbuiyyət "Qarabağ" üçün çempionluq mübarizəsində ağır zərbə olub. Ağdam təmsilçisinin hazırda lider "Sabah"la arasında 10 xal fərq yaranıb. Ancaq "Qarabağ"ın ehtiyatda bir oyunu da qalır.

Digər oyunda isə "Neftçi" evdə "İmişli" ilə üz-üzə gəlib. Matçda "Neftçi" 6  cavabsız qolla qalib gəlib. Sözügedən komadaların 1-ci dövrədəki dueli heç-heçə ilə, 2-ci dövrədəki qarşılaşması isə "İmişli"nin qələbəsi ilə yekunlaşıb.

20 mart (cümə)

15:00. “Kəpəz” – “Qarabağ” - 1:0 

Qol: Fərid Nəbiyev, 45

Yevlax şəhər stadionu

19:15. “Neftçi” - “İmişli" - 6:0

Qollar: Breno Almeyda, 12, İmad Faraj, 15, 50, Emil Səfərov, 19, 60, Emin Mahmudov, 54

“Palms Sports Arena”

21 mart (şənbə)

16:00. “Turan Tovuz” – “Qəbələ”

18 mart (çərşənbə)

“Şamaxı” – “Araz-Naxçıvan” - 0:1

19 mart (cümə axşamı)

“Sabah” – “Sumqayıt” - 3:1

“Karvan-Yevlax” – “Zirə” - 0:1 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.