https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır

"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır

“Mançester Yunayted” hakim qərarlarından narazı qaldığı üçün rəsmi şikayətə hazırlaşır.

525.az xəbər verir ki, klub Premyer Liqanın 31-ci turunda “Bornmut”la matçda (2:2) baş verən epizodlarla bağlı İngiltərə Peşəkar Oyun Hakimləri Təşkilatına və onun rəhbəri Hovard Webbə müraciət edəcək.

“Qırmızı şeytanlar” xüsusilə Amad Diallonun cərimə meydançasında yıxıldığı epizodda penalti verilməməsi və VAR-ın müdaxilə etməməsindən narazı qalıblar. Bundan az sonra rəqibin hesabı bərabərləşdirməsi isə etirazları artırıb.

Klub həmçinin Harri Maquayrın qırmızı vərəqə almasını və oxşar epizodda rəqibin xeyrinə penalti təyin olunmasını ədalətsiz qərar hesab edir. Baş məşqçi Maykl Kerrik hakimin qərarlarını “anlaşılmaz” adlandırıb.

Bundan başqa, “Mançester Yunayted”in oyuna əlavə edilən 9 dəqiqə ilə bağlı da rəsmi izahat tələb edəcəyi qeyd olunur.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.