https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

Mbappe bu xəbəri yalan adlandırdı

Mbappe bu xəbəri yalan adlandırdı

"Real"ın və Fransa millisinin hücumçusu Kilian Mbappe zədədən sonrakı vəziyyəti barədə danışıb.

525.az xəbər verir ki, futbolçu daha əvvəl zədələnmiş dizini müayinə etmək üçün Parisə yollanmışdı.

O, AS nəşrinə açıqlamasında deyib ki, zədəsi ilə bağlı yanlış məlumatlar da var: "Dizim getdikcə daha da yaxşılaşır. Hər şey əla gedir. Bilirəm ki, bu barədə çoxlu fərziyyələr və yalanlar yayılıb. Bu, yüksək səviyyəli idmançının həyatıdır və biz insanların yoxlamadan və ya heç bir əsas olmadan şeylər deməsinə öyrəşmişik.

Mən 100 faiz sağalmışam. Parisdə dəqiq diaqnoz qoymaq imkanım oldu. Dünya çempionatından əvvəl ən yaxşı səviyyəmə qayıtmaq üçün bir plan hazırlaya bildik".

Qeyd edək ki, Fransa millisi martın 26-da Braziliya ilə, 29-da isə Kolumbiya ilə yoxlama oyununda üz-üzə gələcək. Mbappenin zədəli olduğu, ancaq millinin düşərgəsində yollanacağı ilə bağlı xəbərlər yayılıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.