
FİFA Türkiyənin "Kayserispor" və "Amedspor" klublarına transfer qadağası qoyub.
525.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Superliqa təmsilçisi "Kayserispor"un cəzası növbəti 3 mövsümü əhatə edir.
1-ci liqada çıxış edən "Amedspor"a isə qadağa aradan qaldırılana qədər qeyri-müəyyən müddətə cəza tətbiq olunub.
Hər iki klubun transfer zamanı qaydalara əməl etməməsi səbəbindən bu cəza ilə üzləşdiyi bildirilib.



