https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

AFFA-da klublar üçün seminar

AFFA-da klublar üçün seminar

AFFA-nın təşkilatçılığı ilə “Eyeball” şirkəti tərəfindən klubların aşağı yaş qrupları üzrə komandalarının nümayəndələri üçün seminar keçirilib.

525.az xəbər verir ki, tədbirdə AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, “Eyeball”ın əməkdaşı Viktor Rahbek, həmçinin oğlan və qızlar liqalarında çıxış edən klubların məşqçiləri və rəsmiləri iştirak ediblər.

Seminarın təşkilində məqsəd “Eyeball” platformasının klublara tanıdılması və onun imkanları barədə ətraflı məlumat verilməsi olub.

AFFA ilə “Eyeball” arasında əməkdaşlığın Azərbaycan futbolunun inkişafına verə biləcəyi töhfələrdən bəhs edilib, platformadan istifadə qaydaları izah olunub, klubların oyunlar zamanı kameralardan necə yararlanmalı olduqları, çəkilişlərin təşkili və materialların sistemə yüklənməsi barədə məlumat verilib. Bildirilib ki, xüsusi kameralar vasitəsilə qeydə alınan oyunlar klublara daha geniş analiz imkanları yaradacaq.

Klublar platformadan təmənnasız istifadə edərək futbolçuların statistik göstəricilərini əldə edə biləcəklər. Eyni zamanda, bu məlumatlar əsasında liqalarda həftənin rəmzi komandasının müəyyənləşdirilməsi də planlaşdırılır. Vurğulanıb ki, “Eyeball” platforması klubların işini asanlaşdırmaqla yanaşı, analitik imkanları genişləndirəcək və futbolçuların inkişafına əlavə dəstək verəcək.

Sonda klub nümayəndələrinin sualları cavablandırılıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.