https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

"Qarabağ" "Sabah"la heç-heçə etdi, "Zirə" "Turan Tovuz"a qalib gəldi

"Qarabağ" "Sabah"la heç-heçə etdi,  "Zirə" "Turan Tovuz"a qalib gəldi

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsi start götürüb.

525.az xəbər verir ki, ilk oyunların 2-si də eyni gündə keçirilib.

Əvvəlcə "Turan Tovuz" "Zirə" ilə üz-üzə gəlib. Görüşdə "Zirə" 2:0 hesablı qələbə qazanıb. 1/4 finalda Tovuz təmsilçisi "Kəpəz"i, Bakı klubu "Sumqayıt"ı mübarizədən kənarlaşdırmışdı.

Günün daha bir maraqla gözlənilən oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib. Burada Azərbaycan kubokunun səkkizqat qalibi "Qarabağ" turnirin son çempionu "Sabah"ı qəbul edib. Matç 2:2 hesabı ilə yekunlaşıb. 1/4 finalda Ağdam təmsilçisi "Şamaxı", paytaxt klubu isə "Qəbələ" səddini aşıb.

Bu cütlər arasında cavab qarşılaşmaları 21 və 22 aprel tarixlərində oynanılacaq.

3 aprel (cümə)

Azərbaycan kuboku, ilk oyunlar

20:00. “Qarabağ” – “Sabah” 2:2 

Qollar: Umarali Raxmonaliyev, 23 (0:1), Kadi Borges, 29 (1:1), 60 (2:1), Umarali Raxmonaliyev, 65-pen. (2:2)
Tofiq Bəhramov adına Respublika Stadionu

17:30. “Turan Tovuz” – “Zirə” - 0:2

Qollar: Eren Aydın, 55 (0:1), Leroy Mikels, 89 (0:2)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.